Modern.az

“Heç ölüləri də bələdiyyələrə vermək istəmirlər” – Fazil Mustafa

“Heç ölüləri də bələdiyyələrə vermək istəmirlər” – Fazil Mustafa

5 Aprel 2022, 12:25

"Bələdiyyələrin ümumiliyyətlə mülkiyyəti yoxdur. Bələdiyyə üzləri müəyyən sənədləri olan, lakin heç bir vəzifəsi olmayan vətəndaşlardır". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin 2021-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib. 

 

O bildirib ki, 23 ildir heç nə dəyişməyib, bu şəkildə davam etsə, daha 23 il heç nə dəyişməyəcək: "Nə qədər nəzarət edirsən et, bələdiyyə inkişaf etməyəcək. 2 il bundan öncə qərar qəbul edilsə də, dirilər bir yana, heç ölüləri də bələdiyyələrə vermək istəmirlər. Qəbiristanlıqların idarəsi hələ də bələdiyyələrə verilməyib. Bələdiyyələrə pul qazanmağa imkan verilmir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır