Modern.az

“Hamını Qazaxa yığmaq düzgün deyil” – Komitə sədri

“Hamını Qazaxa yığmaq düzgün deyil” – Komitə sədri

5 Aprel 2022, 15:14

"Gürcüstanda yaşayan vətəndaşlarımızın Azərbaycana rahat gedib-gəlməsi üçün daha çox sərhəd keçid məntəqəsi olmalıdır". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

 

Komitə sədri bildirib ki, təkcə Qazaxda deyil, Gürcüstanla sərhəd olan digər bölgələrdə də sərhəd-keçid məntəqələri olmalıdır: 

 

"Gürcüstanla əlaqələrimiz tək Qazax-Ağstafa bölgəsi ilə məhdudlaşmır. Şimalda da Gürcüstana keçid məntəqələrinin artırılması vacibdir. Hamısını Qazaxa yığmaq düzgün deyil".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır