Modern.az

DİM abituriyentə göndərdiyi SMS-ə aydınlıq GƏTİRDİ

DİM abituriyentə göndərdiyi SMS-ə aydınlıq GƏTİRDİ

6 Aprel 2022, 14:44

Təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında Dövlət İmtahan Mərkəzini tənqid edib. 

 

Modern.az xəbər verir ki, ekspertin tənqidinə səbəb DİM-in abituriyentə ünvanladığı xatırlatma SMS-də texniki səhvə yol verilməsi olub. Belə ki, imtahana hazırlaşan abituriyentə buraxılış vərəqinin çap edilməsi haqqında SMS bildiriş göndərilərkən, imtahanın vaxtında səhvən 2021-ci il qeyd edilib. 

 

Bununla bağlı Modern.az-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə xatırladıb ki, imtahanda iştirak etmək istəyən şəxs əvvəlcədən qeydiyyatdan keçir və 1 həftə -10 gün qalmış DİM-in saytından buraxılış vərəqəsini çap edib, imtahana gedir:

 

"Məsələ bu qədər sadədir. SMS buraxılış vərəqəsini vaxtında çap etməyənlər üçün xatırlatma məqsədilə göndərilir və orada da vərəqi çap etmək üçün link yerləşdirilib. Kimlər imtahana getmək istəyirsə, linkə daxil olub buraxılış vərəqəsini çap edir, iştirak etmək istəməyənlər üçün isə bu sadəcə bir bəhanə ola bilər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə