Modern.az

Bu il 3200 şəhid ailəsinə ev VERİLİB

Bu il 3200 şəhid ailəsinə ev VERİLİB

8 Aprel 2022, 11:57

"Yanvarın 1-dən bu günə qədər 3200 şəhid ailəsi mənzil və fərdi evlə təmin olunub". 

 

Modern.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev "Sosial saat" verilişində məlumat verib.

 

O qeyd edib ki, ümumilikdə isə indiyə qədər 12 500-dən çox şəhid ailəsi ev və mənzillə təmin edilib: 

 

"Vətən müharibəsi şəhidlərinin ailələrinin təminatı məsələsi Bakı və Abşeron üzrə artıq yekunlaşmaq üzrədir. Bununla bərabər, bu il 164, ümumilikdə isə 7400-dən çox müharibə əlili avtomobillə təmin edilib". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə