Modern.az

4000-dən çox uşaq sosial risk qrupuna daxil edilib

4000-dən çox uşaq sosial risk qrupuna daxil edilib

Aktual

8 Aprel 2022, 12:00

"Azərbaycanda 4000-dən çox uşaq sosial cəhətdən riskli qrupa aid edilib". 

 

Modern.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev "Sosial saat" verilişində məlumat verib.

 

Onun sözlərinə görə, təkcə ötən il agentlik əməkdaşları 37 mindən çox sağlamlıq imkanları məhdud uşağın ailəsini ziyarət edib:

 

"Bu məsələdə bir problem də bəzi uşaqların qeydiyyatdan keçdiyi ünvanda yaşamamasıdır. Ona görə, qeydiyyat məsələsində buna diqqət etmək vacibdir. Hazırda 30 mindən çox uşaqla bağlı qiymətləndirmələr həyata keçirilir. Qiymətləndirmə aparılmayan uşaqların valideynlərindən yeni ünvanları barədə bizə məlumat verməyi xahiş edirik".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə