Modern.az

120-dən çox azərbaycanlı xaricdən geri qaytarılıb - ÖZƏL

120-dən çox azərbaycanlı xaricdən geri qaytarılıb - ÖZƏL

11 Aprel 2022, 17:27

2022-ci ilin ilk 3 ayı ərzində ölkəyə readmissiya olunan azərbaycanlıların sayı açıqlanıb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

 

Xidmətin İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərli qeyd edib ki, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 2022-ci ilin ilk 3 ayı ərzində 121 nəfər Azərbaycan Respublikası vətəndaşı ölkəyə readmissiya edilib.

 

Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə