Modern.az

Əfvlə bağlı 200-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Əfvlə bağlı 200-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Aktual

29 Aprel 2022, 17:06

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.



Modern.az xəbər verir ki, iclasda 100-dən çox müraciətə baxılıb. Növbəti iclasın gələn həftə keçirilməsi planlaşdırılır.

 

Bununla da Əfv Məsələləri Komissiyasında baxılan müraciətlərin 200-ü keçib.

 

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!