Modern.az

Bakıda ağacların kəsilməsi faktı araşdırıldı

Bakıda ağacların kəsilməsi faktı araşdırıldı

Aktual

12 May 2022, 17:38

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Maqsud Əlizadə və Səməd Vurğun küçələrinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib.

 

Modern.az xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadovun sözlərinə görə, ağacların kim tərəfindən kəsildiyinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlər görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə