Modern.az

İŞİD-dən etiraf - Əsgərləri onlar öldürüb

İŞİD-dən etiraf - Əsgərləri onlar öldürüb

15 May 2022, 09:18

İŞİD terror qruplaşması Misirin Sinay yarımadasında beş əsgərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma bu barədə teleqram kanalında məlumat yayıb.

 

Məlumata görə, silahlı şəxslərin mayın 11-də Sinayın şimal-şərqi sahilində, Qəzza zolağı ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən təhlükəsizlik postuna atəş açması nəticəsində daha dörd nəfər yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə