Modern.az

“Qışda seçki keçiriləndə problemlər olur” - Rövzət Qasımov

“Qışda seçki keçiriləndə problemlər olur” - Rövzət Qasımov

Aktual

4 Avqust 2022, 16:45

Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının sərhədlərinin müəyyənləşdirilməsi işini davam etdirir. 

 

Modern.az xəbər verir ki, bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

 

O qeyd edib ki, bəzi dairələrdə seçicilərin sayı az olduğundan qanunvericiliyin tələbinə uyğun addımların atılmasına çalışılır: 

 

"830-dan çox yeni seçki məntəqəsi yaradılıb. Bəzi dairələrin yaradılmasına səbəb seçicilərin məsafənin uzunluğundan şikayətləridir. Belə hallara yol vermək düzgün deyil. Qış aylarında seçki keçiriləndə seçicilər üçün problemlər yaranır. Ona görə, dairə seçki komissiyalarının sərhədlərinin müəyyənləşdirərkən bütün detalları nəzərə almağa çalışırıq". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat