Modern.az

Avtobus qaz xəttinə çırpıldı, təchizat dayandırıldı

Avtobus qaz xəttinə çırpıldı, təchizat dayandırıldı

Aktual

20 Dekabr 2025, 19:28

Ordubad rayonunda avtobusun qaz xəttinə çırpılması nəticəsində orta təzyiqli qaz xətti (dairəvi xətt) qırılıb.

 

Modern.az xəbər verir ki, hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə M.F.Axundov küçəsində, Kolanı kəndində 157 abonentin qaz təchizatı dayandırılıb. 

 

 

Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, Gənzə və Anabat kəndlərində 335 abonentdə qaz təzyiqində azalma müşahidə olunacaq. 

 

Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...