Modern.az

Bu gün həlak olan 19 yaşlı əsgərin FOTOSU

Bu gün həlak olan 19 yaşlı əsgərin FOTOSU

5 Avqust 2022, 15:32

Xəbər verdiyimiz kimi, avqustun 5-i Laçın rayonunda xidməti döyüş tapşırığını yerinə yetirən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğlu həlak olub.

 

Müdafiə Nazirliyindən bildirilib ki, üzərinə sıldırım qayalıqlardan qopan qaya parçası düşən 2003-cü il təvəllüdlü hərbçimiz hadisə yerində həlak olub. 

 

Modern.az xəbər verir ki, əslən Füzuli rayonundan olan S.Xudiyev Bakının Ramana qəsəbəsində yaşayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -