Modern.az

Bu stansiyada maşın saxlamaq ödənişli olacaq

Bu stansiyada maşın saxlamaq ödənişli olacaq

Aktual

31 Avqust 2022, 15:40

Sentyabrın 1-dən etibarən Sumqayıt sərnişin stansiyası ərazisində avtomobillərin parklanması ödənişli əsaslarla mümkün olacaq.

 

Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

 

Bildirilib ki, vətəndaşlar Sumqayıt sərnişin stansiyası ərazisində avtomobillərini gün ərzində ödənişli əsaslarla park edə biləcəklər.

 

Parklanma ərazisi yürüstü və yeraltı olmaqla 2 hissədən ibarətdir.

 

Ərazidə eyni anda 120 avtomobilin durması üçün şərait yaradılıb. Yerüstü parklanmada 75, yeraltı parklanmada isə 45 avtomobil üçün yerlər ayrılıb. Yerüstü dayanacaqlarda 12 saat üçün durma haqqı 50 qəpik, yeraltı dayanacaqlarda 12 saatlıq durma haqqı 1 AZN -dir.

 

Ödənişlər yalnız ADY-nin keçid kartları vasitəsilə həyata keçirilir. 12 saatdan sonrakı hər 3 saatadək əlavə durmaya görə müvafiq ödəniş tələb olunur. Yəni yerüstü parklanmada əlavə 50 qəpik, yeraltı parklanmada isə əlavə 1 AZN ödənilir.

 

Qeyd edək ki, ADY keçid kartlarını bütün sərnişin stansiyalarının kassalarından əldə edə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır