Modern.az

Arayikin baş müşaviri azadlığa buraxıldı

Arayikin “baş müşaviri” azadlığa buraxıldı

Aktual

31 Avqust 2022, 16:45

Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyan azadlığa buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Yerem Sarkisyan bildirib. 

 

Vəkilin sözlərinə görə, Arzumanyan müvəqqəti azad olunub. Bu gün saat 19:00-da “baş müşavir” məhkəmə qarşısına çıxarılacaq.

 

Qeyd edək ki, Arzumanyan ötən gün Xankəndi yolunda saxlanılıb. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, keçmiş “müdafiə naziri” hərbi xidmətdə yol verdiyi səhlənkarlığa görə tutulub.

 

Komitənin yaydığı məlumatda qeyd olunub ki, Arzumanyan hərbi vəziyyət dövründə Şuşa şəhərinin və ətraf rayonların "müdafiəsinin" təşkili zamanı öz xidməti "vəzifəsinə" səhlənkar yanaşıb və "vəzifələrini" lazımınca yerinə yetirməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır