Qazaxıstanda növbədənkənar prezident seçkiləri elan edilib.
Modern.az xəbər verir ki, bu barədə xalqa müraciətində Prezident Kasım Jomart-Tokayev bildirib.
Erkən seçkilər payızda baş tutacaq. Tokayev özü də prezidentliyə namizəd olacağını açıqlayıb. Bildirilib ki, Qazaxıstanda prezident 1 dəfə seçilməklə 7 il səlahiyyətli olacaq.
Qeyd edək ki, Qazaxıstanda sonuncu dəfə prezident seçkiləri Nursultan Nazarbayevin istefası səbəbiylə 9 iyun 2019-ci il tarixində baş tutub. Seçkilərdə Kasım Jomart-Tokayev qalib gələrək, ölkə prezidenti olub.