Rusiyanın “Lukoil” şirkətinin vitse-prezidenti Ravil Maqanov intihar edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
68 yaşlı vitse-prezident özünü Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən atıb.
Ravil Maqanov aldığı xəsarətlərdən yerindəcə keçinib. Hadisənin səbəbləri hələlik məlum deyil, faktla əlaqədar araşdırma aparılır.
Qeyd edək ki, Ravil Maqanov 2020-ci ildə “Lukoil”in Direktorlar Şurasının sədri təyin edilib. O, 1993-cü ildən neft şirkətində çalışıb. 2006-cı ildə “Lukoil” PJSC-nin birinci vitse-prezidenti, 2020-ci ildə isə Direktorlar Şurasının sədri vəzifəsini icra edib.