Modern.az

Laçına komendant təyin olundu

Laçına komendant təyin olundu

Aktual

1 Sentyabr 2022, 11:08

Laçın rayonunun inzibati ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətini bərpa edib. Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əsədov rayonun kommendantı təyin olunub.

 

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

 

Məlumata görə, rayon ərazisində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən postlar qurulub, gündəlik olaraq xidmət aparılır. Rayona səfər edən qonaqların təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə təşkil olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır