Bu il FHN-in nəzarət etdiyi çimərliklərdə suda boğulma halı olmayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, bu barədə qurumda keçirilən müşavirə zamanı bildirilib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin açıqladığı hesabatına əsasən, bu, çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, habelə dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi vəzifəsini həyata keçirən Xidmətin səmərəli fəaliyyəti sayəsində mümkün olub.
Qeyd olunub ki, təhlükəsizlik tədbirləri təkcə Abşeron yarımadasında deyil, digər şəhər və rayonların sahilboyu ərazilərində də həyata keçirilir.