Modern.az

İsveçdən Brüssel görüşünə müsbət REAKSİYA 

İsveçdən Brüssel görüşünə müsbət REAKSİYA 

Aktual

1 Sentyabr 2022, 19:47

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan dördüncü görüşü alqışlayırıq.

 

Modern.az xəbər verir ki, bu barədə İsveç xarici işlər naziri Ann Linde “Twitter“ hesabında yazıb.

 

XİN başçısı bildirib ki, Cənubi Qafqazda sülh və sabitlik istiqamətində davam edən prosesin bir hissəsi olmaq Avropa İttifaqı üçün vacibdir.

 

Qeyd edək ki, ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. 4 saata yaxın davam edən görüşdə sülh müqaviləsinə hazırlıq məsələləri müzakirə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır