Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
Modern.az xəbər verir ki, ilk oyun günündə "Qarabağ" klubu Qəbələdə "Kəpəz"in qonağı olub.
Qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 12-ə yüksəltməklə lider "Sabah"a çatıb. 5 görüşün hamısında uduzan "Kəpəz" isə sonuncu - 10-cu yerdədir.