Rusiyanın ən varlı iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən bəri 53,939 milyard dollar azalıb.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb.
Bildirilir ki, ən çox vəsaiti (7,53 milyard dollar) polad və dağ-mədən şirkəti “Severstal”ın sahibi Aleksey Mordaşov itirb. Hazırda onun kapitalı 21,3 milyard dollardır.
İkinci yerdə “Evraz” dağ-mədən-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviç qərarlaşıb. O, 2022-ci ilin əvvəlindən 7,34 milyard dollar itirib. İndi Abramoviç 10,7 milyard dollara sahibdir.
Mədən-metallurgiya şirkəti “Norilsk Nikel” və “Interros” holdinqinin prezidenti Vladimir Potanin isə sərvətini 2,2 milyard dollar artıraraq 33 milyarda çatdırıb.