Modern.az

Komandamız Çempionlar Liqasında ilk qələbəsini qazandı

Komandamız Çempionlar Liqasında ilk qələbəsini qazandı

Aktual

2 Sentyabr 2022, 08:23

Azərbaycanın “Beerbaşa” komandası minifutbol üzrə Çempionlar Liqasında növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, B qrupunda çıxış edən kollektiv ikinci turda Bolqarıstanın "DXC Technology” klubu ilə qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən "Beerbaşa" avrokuboklarda qələbə və xal qazanan Azərbaycan klubu kimi adını minifutbol tarixinə yazdırıb.

 

Qeyd edək ki, Azərbaycan təmsilçisi B qrupunun ilk matçında Çexiyanın "G.I.C. La Plate de Künde Praqa" komandasına 1:2 hesabı ilə uduzub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır