Çilidə naməlum şəxslər prezident Qabriel Boriçin qardaşı Simon Boriçə hücum edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 1-i günorta saatlarında baş verib. Belə ki, bir qrup şəxs Simon Boriçi, Fransiska Palma, Xorxe Baes və Raul Roanı döyərək, onlara xəsarətlər yetiriblər.
İnsidentlə əlaqədar 3 nəfər saxlanılıb, yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin detalları hələlik məlum deyil.