Modern.az

Şəmkir sakini “tiryək”lə tutuldu

Şəmkir sakini “tiryək”lə tutuldu

Aktual

2 Sentyabr 2022, 09:28

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Zakir Əmiraslanov saxlanılıb.

 

Modern.az-ın xəbərinə görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “tiryək” aşkar edilərək götürülüb.

 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Z. Əmiraslanovun yaşadığı evə baxış keçirilən zaman gizlətdiyi, 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 22 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.

 

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır