Modern.az

Demokratik Jurnalistlər Liqası ictimai müzakirələr təşkil edəcək

Demokratik Jurnalistlər Liqası ictimai müzakirələr təşkil edəcək

Aktual

2 Sentyabr 2022, 10:02

Demokratik Jurnalistlər Liqası İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Maddi-mənəvi irsimizə sahib çıxaq!-ictimai müzakirələr” mövzusunda layihənin icrasına start verir.


Modern.az xəbər verir ki, layihə çərçivəsində dövlətimizin xüsusi önəm verdiyi maddi və mənəvi irsimizin tədqiq edilməsi və qorunmasına töfhə verilməsi məqsədilə silsilə televiziya müzakirələrinin aparılması nəzərdə tutulur.


Layihə müddətində Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarda maddi və mədəni irsin qorunmasına həsr edilən müxtəlif mövzularda 5 televiziya verilişlərinin hazırlanaraq “Səs” internet televiziyasında yayımlanması və həmin televiziya verilişlərinin “youtube”da, digər sosial şəbəkələrdə yerləşdirilməsi həyata keçiriləcək.

Eyni zamanda, Facebook sosial şəbəkəsində ötən layihələrdən fəaliyyət göstərən “Dövlətimizi qoruyaq və təbliğ edək” səhifəsində mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır