Modern.az

Hacıqabul sakini avtomatla tutuldu

Hacıqabul sakini avtomatla tutuldu

Aktual

23 Sentyabr 2022, 10:48

Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə istifadə etməkdə və qanunsuz olaraq saxlamaqda şübhəli bilinən rayon sakini Nizami İbrahimov saxlanılıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin aşkar olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı isə oradan “AKM” markalı avtomat silahı da götürülüb.

 

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır