Modern.az

Naxçıvanda şagird sinifdə intihar etdi

Naxçıvanda şagird sinifdə intihar etdi

4 Oktyabr 2022, 15:20

Azərbaycanda məktəbdə intihar hadisəsi olub.

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Kültəpə kənd orta məktəbində baş verib.

 

Orada təhsil alan, 10-cu sinif şagirdi Nəcəfov Xəyal Sərxan oğlu sinif otağında özünü asıb.

 

Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

 

Faktla bağlı Babək rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi