Fransa Prezidenti Emanuel Makron Türkiyəyə səfər edə bilər.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda türk vətəndaşları ilə görüşü zamanı deyib.
O bildirib ki, görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.
Bundan əvvəl isə xarici işlər nazirləri görüşün protokol işlərini həll etməlidirlər.