Modern.az

Olimpiadada bürünc medal qazandıq

Olimpiadada bürünc medal qazandıq

Aktual

10 Oktyabr 2022, 16:52

Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb.

 

Modern.az-ın məlumatına görə, Fərid Abbasovun kapitanı olduğu Azərbaycanın birinci komandası yarışın sonuncu turunda Türkiyə-Anadolu kollektivini 2,5:1,5 hesabıyla məğlub edib. Bununla xalını 13-ə çatdıran təmsilçimiz Olimpiadanın bürünc mükafatına sahib çıxıb.

 

Qalib 18 xal qazanan Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub.

 

Bu gün Naxçıvan Olimpiadasının bağlanış mərasimi keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR