Modern.az

Ukrayna üzrə Təmas Qrupu təcili toplanır

Ukrayna üzrə Təmas Qrupu təcili toplanır

11 Oktyabr 2022, 12:42

Oktyabrın 12-də Ukrayna üzrə Təmas Qrupunun altıncı iclası keçiriləcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, toplantı Belçikanın paytaxtı Brüsseldə baş tutacaq.

 

İclasda 50-dən çox dövlət nümayəndəsinin, o cümlədən ABŞ müdafiə naziri Lloyd Oustinin iştirakı gözlənilir. Məlumata görə, yaxın günlərdə həmçinin NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin görüşü də planlaşdırılıb.

 

Qeyd edək ki, təmas qrupunun sonuncu iclası bu ilin sentyabrın 8-də keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır