Modern.az

Deputat ərinin ölümündən yazdı - FOTO

Deputat ərinin ölümündən yazdı - FOTO

Aktual

11 Oktyabr 2022, 13:26

Milli Məclisin deputatı Jalə Əhmədova bir neçə gün öncə vəfat edən həyat yoldaşı ilə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, deputat bu barədə feysbuk hesabında yazıb. 

 

J.Əhmədova ailəsinə üz vermiş ağır itki ilə əlaqədar ona başsağlığı verənlərə təşəkkür edib:

 

"Həyat yoldaşımın vaxtsız vəfatı ilə əlaqədar mənə dəstək olan, bu ağrılı günlərimdə yanımda olub dərdimi bölüşən bütün dostlara və tanışlara, hər kəsə dərin təşəkkürümü bildirirəm.

 

Mənə göstərdiyiniz sevgi və hörmət üçün Sizlərə çox minnətdaram! Var olasız!

 

Allah hər birinizin evinə xeyir işlər nəsib etsin, inşallah".

 

Qeyd edək ki, Babək Əhmədov oktyabrın 4-də Xaçmaz rayonunda dəfn olunub. O, dövlət qurumlarının birində çalışıb. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır