Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin-Zaid əl-Nahayan ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi yayıb.
Bildirilib ki, görüş Rusiyanın Sankt-Peterburq şəhərində baş tutub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün təkbətək formatda keçdiyini söyləyib. Məlumata görə, BƏƏ prezidenti bir neçə gündür bu şəhərdədir.
Qeyd edək ki, oktyabrın 7-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi zirvə toplantısı keçirilib.