Modern.az

Qazaxlar Putinin səfərinə etiraz etdilər

Qazaxlar Putinin səfərinə etiraz etdilər

12 Oktyabr 2022, 15:10

Qazaxıstanın Almatı şəhərində Rusiya prezidenti Vladimir Putinə qarşı etiraz aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, bir qrup yerli sakin Putinin Qazaxıstana səfərinə etiraz olaraq, Rusiya konsulluğunun qarşısında toplaşıb. Aksiya iştirakçıları Rusiya liderinin əleyhinə şüarlar səsləndiriblər.

 

Əraziyə cəlb olunan polis əməkdaşları etirazçıları saxlayıb. Onların hansı istiqamətə aparılması haqda məlumat verilməyib.

 

Xatırladaq ki, Putin 12-14 oktyabr tarixlərində Qazaxıstanda səfərdə olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır