MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2023-cü il oktyabrın 13-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
"MDB liderləri 2023-cü il yanvarın 1-dən təşkilatda sədrliyin Qırğız Respublikasına keçməsi ilə bağlı qərar qəbul edəcəklər. Qırğız Respublikası MDB dövlət başçılarının Bişkekdə keçiriləcək növbəti sammitinin 13 oktyabr 2023-ci il tarixində keçirilməsini təklif edib. Bu təkliflərin təsdiq ediləcəyini gözləyirik", - Uşakov deyib.
Bundan əlavə, 2023-cü il yanvarın 1-dən İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedevin səlahiyyətlərinin daha üç il müddətinə uzadılması barədə qərarın təsdiqlənməsi gözlənilir.
Uşakovun sözlərinə görə, Astana iclasının iştirakçıları 2024-2026-cı illər üçün MDB-də tematik illəri müəyyənləşdirəcək, həmçinin 2023-cü ildə MDB-nin mədəniyyət paytaxtını seçəcəklər: “Burada Sankt-Peterburqun namizədliyinə baxılır. Bu təklifin dəstəklənəcəyi gözləyirik”.