Modern.az

Avropadan Ukraynaya 18 milyardlıq YARDIM

Avropadan Ukraynaya 18 milyardlıq YARDIM

6 Noyabr 2022, 19:09

Gələn həftə Avropa İttifaqı (Aİ) Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində yardım planını təsdiqləyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen özünün "Twitter" hesabında məlumat yayıb.

 

“Prezident Volodimir Zelenski ilə telefon danışığı olub. Hadisələrin müsbət inkişafı: gələn həftə biz Ukraynaya 2023-cü il üçün maliyyə dəstəyi planını təklif edəcəyik”, - deyə Lyayen bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!