Modern.az

Eduard Məmmədov ikiqat Avropa çempionu oldu

Eduard Məmmədov ikiqat Avropa çempionu oldu

16 Noyabr 2022, 21:08

Azərbaycanın veteran kikboksçusu Eduard Məmmədov Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində döyüşən idmançı "Light Contact"da Qabor Çeytey (Macarıstan) və "Kick light"də Sqro Simone Kaloceroya (İtaliya) qalib gələrək veteran kikboksçular arasında ikiqat qitə çempionu olub.

 

Qeyd edək ki, bunadək Eduard Məmmədov veteranlar arasında üçqat dünya çempionluğunu qazanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı