Modern.az

Bakıda taksi ƏMƏLİYYATI - 31 sürücü tutuldu

Bakıda taksi ƏMƏLİYYATI - 31 sürücü tutuldu

22 Noyabr 2022, 12:52

Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb. 

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub. 

 

Qeyd edək ki, törədilən və texniki vasitələrlə qeydə alınan  hüquqozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib. 

 

Digər faktlar üzrə hazırda araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı