Modern.az

Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşdü

Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşdü

Aktual

15 Oktyabr 2025, 17:42

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Almaniya kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.

Tərəflər bölgədə yaranmış yeni sülh dövrünün Azərbaycan–Almaniya münasibətlərinin inkişafı, həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanlar açdığını vurğulayıblar.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!