Modern.az

Hikmət Hacıyev diplomatları Laçın yolundakı vəziyyət barədə məlumatlandırdı

Hikmət Hacıyev diplomatları Laçın yolundakı vəziyyət barədə məlumatlandırdı

Aktual

13 Dekabr 2022, 16:24

Ermənistan işğal zamanı bir çox qeyri-qanuni fəaliyyətlərlə məşğul olub. 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib.

 

“Bildiyiniz kimi, gündəliyi pozmaq üçün bir çox məsələlər yaradılır. O cümlədən bəzi məsələlər təbliğat elementi kimi istifadə olunur. Ermənistan işğal zamanı bir çox qeyri-qanuni fəaliyyətlərlə məşğul olub. Azərbaycanın ictimai və mülki obyektləri, o cümlədən mədəni abidələri dağıntılara məruz qalıb. İşğaldan azad olunmuş ərazilərə ən son səfərimiz zamanı bunların şahidi olduq”, - Prezidentin köməkçisi deyib.

 

Bundan əlavə, Hikmət Hacıyev Azərbaycan ekoloqlarının və ekoloji qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirdikləri Şuşa-Xankəndi yolundakı mövcud vəziyyət barədə diplomatik nümayəndəliklərin rəhbərlərinə məlumat verib.

 

Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi "Qızılbulaq" mis-qızıl mədənində təbii sərvətlərin qanunsuz istismarı və talanması hallarının artması, bunun ekoloji fəsadlarının müşahidə olunması barədə məlumat əldə edib.  

Whatsapp
Bizə yazın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!