Modern.az

Qala-Türkan yolundakı qəzada 3 nəfər öldü - YENİLƏNİB 

Qala-Türkan yolundakı qəzada 3 nəfər öldü - YENİLƏNİB 

20 Dekabr 2022, 19:51

Xəzər rayonu Qala-Türkan yolunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb. 

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hundai” markalı avtomobillər toqquşub.

 

Hadisə zamanı “VAZ-2107” avtomobilinin sürücüsü 1959-cu il təvəllüdlü Qurban Əliyev, sərnişinləri - 2009-cu il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib. Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.  

 

Araşdırma aparılır.

 

***

18:14

Bakının Xəzər rayonunda Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hunday” markalı avtomobillər toqquşub.

 

İlkin məlumata görə, “VAZ-2107” avtomobilin sürücüsü və sərnişini olan azyaşlı ölüb.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var