Modern.az

Naxçıvana rəhbər göndərilən Fuad Nəcəflidən ilk AÇIQLAMA

Naxçıvana rəhbər göndərilən Fuad Nəcəflidən ilk AÇIQLAMA

22 Dekabr 2022, 16:53

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib. Dövlət başçısı ona müvafiq tapşırıqlarını verib.

 

Modern.az bildirir ki, Fuad Nəcəfli ona göstərilən yüksək etimada görə Prezidentə təşəkkürünü bildirib.

 

Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevi əmin edib ki, bütün fəaliyyət dövlət başçısının siyasəti üzərində aparılacaq, ölkə miqyasında həyata keçirilən genişmiqyaslı islahatların Naxçıvan Muxtar Respublikasında da təmin edilməsi işində səylərini əsirgəməyəcək.

 

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyin təsis edilməsinə dair sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub.

Bu xəbər ilə bağlı
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi bu şirkətdən GƏTİRİLDİ
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır