Modern.az

Roma Papası sülh üçün Bakı və İrəvana çağırış etdi

Roma Papası sülh üçün Bakı və İrəvana çağırış etdi

9 Yanvar 2023, 17:26

Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi haqqında danışıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Fransisk bu mövzuya xarici ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri ilə görüşü zamanı toxunub.

 

O bildirib ki, Cənubi Qafqaz haqqında düşünür və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə çatmaq üçün vacib addımlardan biri atəşin dayanması ilə bağlı əldə olunmuş razılaşmalara (10 noyabr 2020-ci il üçtərəfli bəyanatı nəzərdə tutulur) hörmət etməkdir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi