Modern.az

Naxçıvanda vəzifəli şəxsə cinayət işi AÇILDI

Naxçıvanda vəzifəli şəxsə cinayət işi AÇILDI

Aktual

16 Yanvar 2023, 12:00

Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda araşdırma aparılıb.

 

Naxçıvan şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.

 

Hazırda ibtidai istintaq davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi