Modern.az

Polşa səfirliyindən başsağlığı mesajı

Polşa səfirliyindən başsağlığı mesajı

Aktual

27 Yanvar 2023, 17:28

Polşanın Bakıdakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.

 

“Polşanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyir. Səfirliyin həlak olan mühafizə rəisinin ailəsinə başsağlığı veririk. Terror aktı zamanı yaralananlara tezliklə sağalmasını arzulayırıq”, - paylaşımda qeyd edilib.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə