Modern.az

BƏƏ-dən səfirlikdəki hadisəyə REAKSİYA gəldi

BƏƏ-dən səfirlikdəki hadisəyə REAKSİYA gəldi

Aktual

27 Yanvar 2023, 18:43

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını kəskin şəkildə pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

 

“BƏƏ bu cinayət əməllərini qətiyyətlə pisləyir və təhlükəsizlik, sabitliyə xələl gətirməyə yönəlmiş hər cür zorakılıq və terrorizmi rədd edir”, - bəyanatda bildirilib.

 

BƏƏ XİN vurğulayıb ki, diplomatik işi tənzimləyən qaydalara və nizamnamələrə uyğun olaraq diplomatik nümayəndəliklərin mühafizəsini təmin etmək lazımdır.

 

Nazirlik, həmçinin Azərbaycan Respublikasına və xalqına, o cümlədən həyatını itirən təhlükəsizlik əməkdaşının yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!