Modern.az

Fransalı senator Orxanın ailəsinə başsağlığı verdi

Fransalı senator Orxanın ailəsinə başsağlığı verdi

28 Yanvar 2023, 09:58

Fransa senatoru Natali Qule yanvarın 27-də Azərbaycanın İrandakı səfiriyində baş verən terror aktını qətiyyətlə pisləyib.

 

Modern.az xəbər verir ki, senator bu barədə tvitter hesabında yazıb.

 

"Azərbaycanın Tehrandakı səfirliyində bir əməkdaşın ölümü və mühafizə xidmətinin bir neçə əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyirəm. Həlak olan Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm", - Natali Qule vurğulayıb.

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir