Modern.az

Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - VİDEO

Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - VİDEO

Ölkə

10 Aprel 2026, 22:05

Bakı və Abşeron ərazisində toplanan yağış sularının kənarlaşdırılması işləri davam etdirilir.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatında qeyd olunub. Məlumata görə, qurumun tabeli strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Digah, Buzovna, Sabunçu, Şüvəlan, Məmmədli və Novxanı ərazilərində nasoslar vasitəsilə suyun təxliyəsi həyata keçirilir, bəzi yerlərdə isə əlavə boru xətləri çəkilib.

Qeyd olunur ki, kanalizasiya şəbəkəsi olmayan ərazilərdə işlər fasiləsiz aparılır və normadan artıq yağıntı nəticəsində yığılan suların operativ şəkildə kənarlaşdırılması təmin edilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV