Modern.az

MDB hökumət başçıları bu şəhərdə görüşəcək

MDB hökumət başçıları bu şəhərdə görüşəcək

Aktual

3 Fevral 2023, 14:48

MDB Hökumət Başçıları Şurasının növbəti iclası cari ilin iyun ayında Soçidə keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin sədri Mixail Mişustin Qazaxıstanda keçirilən forumda bildirib.

 

O, MDB Hökumət Başçıları Şurası ilə yanaşı, Avrasiya Hökumətlərarası Şurası və Avrasiya Konqresinin də təşkil olunacağını açıqlayıb.

 

Baş nazir əlavə edib ki, “Avrasiya bizim evimizdir” sərgisində Avrasiya İqtisadi Birliyinə daxil olan beş ölkə, habelə tərəfdaş dövlətlərin nailiyyətləri nümayiş etdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı