Modern.az

Türkiyədən qanunsuz dərman gətirənlər gömrükdə saxlanıldı

Türkiyədən qanunsuz dərman gətirənlər gömrükdə saxlanıldı

Aktual

18 Mart 2026, 15:20

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan olunmayan 10449 konvalyut, 1269 qutu, 848 flakon və 68 ədəd iynə olmaqla müxtəlif adda külli miqdarda dərman preparatları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?