Modern.az

Müdafiə Nazirliyi Türkiyəyə generatorlar göndərdi - FOTOLAR

Müdafiə Nazirliyi Türkiyəyə generatorlar göndərdi - FOTOLAR

Aktual

12 Fevral 2023, 10:49

Azərbaycandan Türkiyəyə stasionar generatorlar göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.

 

Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib.

 

Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi